Özünü elan etmiş Luqansk Xalq Respublikasında "Samsonovskaya-Zapadnaya" mədəninin yeraltı hissəsində yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə qondarma respublikanın Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Yanğın zamanı mədəndə 74 nəfər olub. Ölən və yaralananlar barədə məlumat verilmir.

Bakı vaxtı ilə səhər saat 07:00-a olan məlumata görə, gecədən başlayan yanğın hələ də davam edir. 

Ağarza Elçinoğlu