Goranboyda ölümlə nəticələnən ağır qəza baş verib.

"Unikal" xəbər verir ki, hadisə Xanqərvənd yolunda baş verib.

Avtomobil qəzası nəticəsində Babayev Əli Söhbət oğlu aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Daha iki nəfər yaralı halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov