Rusiya dənizçiləri Ukrayna limanlarından birində girov saxlandıqlarını bildiriblər. Onlar evə qayıtmağı xahiş edən videomüraciət yazıblar.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, “Volqo-Balt 225” gəmisi fevralın əvvəlində İzmaildəki təmir zavoduna gəlib və xüsusi əməliyyat başlayandan sonra Ukrayna hərbçiləri gəmi heyətinə gəmini tərk etməyi qadağan ediblər.

Dənizçilər gündəlik yoxlanılır və sənədlərinə baxılır.  İndi göyərtədə səkkiz nəfər var, ümumilikdə 67 rusiyalı digər Rusiya gəmilərində limanda saxlanılır.