ABŞ Missisipi körfəzi sahillərində ilk dəfə ölümcül bakteriya aşkar edildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzləri (CDC) 'Burkholderia pseudomallei' bakteriyasının Melioidoz xəstəliyinə səbəb olduğunu açıqlayıb və xəstəliyin ciddi nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzləri (CDC) Missisipi ştatının Körfəz Sahilində torpaq və suda ölümcül bakteriya aşkar edildiyini açıqlayıb. CDC virusun ilk dəfə ABŞ-da tapıldığını qeyd edərək, sözügedən bakteriyanın melioidoza səbəb ola biləcəyini bildirib.