"Finlandiya və İsveç NATO-ya daxil olduqdan sonra təhlükə yaranarsa, Rusiya cavab verəcək".

"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. 

"Bu ölkələrin NATO-ya daxil olmasına münasibətimizə gəlincə, o zaman ölkə prezidentinin dediyi kimi, bu reaksiya simmetrik olacaq. Yəni Şimali Atlantika alyansı daxilində fərqli hərəkət yolu seçə bilərlər ", - o qeyd edib.

Stokholm və Helsinkinin iki yolu var və Medvedevin sözlərinə görə, onlar “qapını açıb öz ərazilərində bazalar yaratmaq qərarına gələ” və ya alyansla orta səviyyədə əməkdaşlıq edə bilərlər. Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, istənilən halda ölkələrin hərəkətlərinə cavab simmetrik olacaq.

Xatırladaq ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etmişdilər. Lakin Şimali Atlantika Alyansına yeni üzvlərin qəbulu üçün artıq ona daxil olan bütün ölkələrin razılığı lazımdır.