Gürcüstanın 3+3 formatı ilə bağlı mövqeyi aydındır.

"Unikal" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.

“Gürcüstan, Türkiyə və Azərbaycan arasında əməkdaşlıq mexanizmləri vacibdir. Bildirdiyim kimi, regiondakı hazırkı vəziyyəti nəzərə alaraq, Gürcüstanın 3+3 formatı ilə bağlı mövqeyi aydındır, lakin bu mərhələdə, biz regionda davam edən proseslərlə bağlı müzakirələrə 3+2 formatında davam edirik”, - deyə XİN başçısı qeyd edib.

Çavuşoğlu həmkarı ilə Rusiya-Ukrayna müharibəsindən də danışıb. Onun sözlərinə görə, bu savaş sonunda diplomatiya masasında sona çatacaq.

"Türkiyə olaraq tərəfləri ən qısa zamanda diplomatiya masasına qaytarmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik".

İki ölkəni narahat edən təhlükəsizlik məsələlərini müzakirə edən XİN rəhbərləri Qarabağdakı məsələlərdən də danışıblar. 

"Xüsusilə FETÖ ilə bağlı dost və qonşu Gürcüstandan gözləntilərimizi səmimiyyətlə çatdırdıq. Bəzi konsulluq məsələlərinə də toxunduq. Regional məsələləri, xüsusilə Ukrayna və Qarabağdakı vəziyyəti dəyərləndirdik. Fikir mübadiləsi apardıq”, - deyə o bildirib.