Atamın (Mixail Saakaşvili - red.) Gürcüstana qayıtması “çox böyük səhvdir”.

"Unikal" xəbər verir  ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin oğlu Eduard Saakaşvili KİV-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Saakaşvilinin Gürcüstana getməsi fəlakətə çevrildi:

"O, geri qayıtdı və biz fəlakətli vəziyyətə düşdük. Dediyim kimi, bu, çox böyük səhv idi”, - deyə o,KİV-ə  müsahibəsində bildirib.

Eduard Saakaşvili keçmiş prezidentin səhhəti ilə bağlı məsələlərin “siyasətsizləşdirilməsi”nin zəruriliyini vurğulayıb. O qeyd edib ki, son vaxtlar atası Gürcüstandakı proseslərə “siyasətdən az yazır və daha çox qarışmır”.

“Onun Gürcüstan siyasətində gələcək rolu qeyri-müəyyəndir, onun hakimiyyətə qayıtması üçün daha nə baş verməlidir?! Təsəvvür etmək mənim üçün bir az çətindir və məncə o da bunu başa düşür. Mən atama baş çəkəndə o, ancaq Ukrayna televiziyasına baxır”, - o əlavə edib.

Bildirək ki, Mixail Saakaşvili 2021-ci ilin payızında keçiriləcək bələdiyyə seçkilərinin birinci turuna az qalmış gizli şəkildə Gürcüstana qayıdıb, bundan sonra həbs edilib. Keçmiş prezidentin səhhəti iki aclıq aksiyasından sonra kəskin şəkildə pisləşib. İki aydan artıqdır ki, Saakaşvili Tbilisidəki “Vivamed” klinikasının nəzarəti altındadır.

Gülayə  Mecid