Hindistanın şimalındakı Uttar Pradeş ştatında ildırım vurması nəticəsində 49 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, Hindistan polisinin verdiyi açıqlamaya görə, Kauşambi şəhərindəki bir kənddə əksəriyyəti fermer olan 7 nəfərin ildırım vurması nəticəsində ölməsindən sonra bu həftə ildırım vurması nəticəsində ölənlərin sayı 49-a yüksəlib.

Əksəriyyəti fermerlər olan qurbanların musson yağışlarından qorunmaq üçün ağacların altına sığındıqları və ildırım vurması nəticəsində öldüyü bildirilir.

Ölüm hallarının artması ilə əlaqədar əyalət hökuməti ildırımdan qorunmaq yolları ilə bağlı yeni təlimatlar dərc edib.