ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərində korrupsiya iddialarını təkzib edən bəzi KİV-ləri, o cümlədən CNN televiziyasını məhkəməyə verməyi planlaşdırdığını bəyan edib.

"Unikal" xəbər verir ki, vəkili vasitəsilə verdiyi yazılı açıqlamada Tramp, ona qarşı “dəfələrlə böhtan xarakterli açıqlamalar verməkdə” ittiham etdiyi CNN-i məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Tramp açıqlamasında, " 2020-ci il seçkiləri zamanı məni ləkələyən və ictimaiyyəti aldadan digər media orqanlarına qarşı da məhkəməyə müraciət edəcəyəm. Həqiqət və ölkəmizin gələcəyi üçün mübarizəni heç vaxt dayandırmayacağam" deyib.

Bəyanatda həmçinin CNN-in icraçı direktoru Chris Licht-ə “yalan və böhtan” olduğu iddia edilən yayımların geri götürülməsi tələbi ilə 282 səhifəlik 21 iyul tarixli məktub göndərildiyi bildirilib.

Gülayə  Mecid