Ukraynalılar dövlətçilik uğrunda mübarizə aparacaq və torpaqlarının son metrini də azad etməyincə dayanmayacaqlar.

"Unikal" xəbər verir ki, bunu prezident Volodimir Zelenski Ukraynanın Dövlətçilik Günü ilə bağlı videomüraciəti zamanı deyib.

"Bizim üçün əsirlikdə yaşamaq yaşamaq deyil, asılı olmaq olmaq deyil. Çünki müstəqil və azad olmayan Ukrayna Ukrayna deyil. Biz "quldarlıq" sözünü bilmirik. Dövlətçiliyimiz üçün son nəfəsimizə, son patronumuza, son əsgərimizə qədər döyüşəcəyik", - deyə Ukrayna dövlətinin başçısı bildirib.

Gülayə Mecid