Türkiyə milli müdafiə naziri Hulusi Akar Latviyada səfərdədir.

"Unikal" xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.

Bildirilir ki, türkiyəli nazir Latviya Baş nazirinin müavini və müdafiə naziri Artis Pabriks ilə birlikdə paytaxt Riqada Qəhrəmanlar qəbiristanlığını ziyarət edib.

***10:55

Türkiyə milli müdafiə naziri Hulusi Akar bu gün Latviyaya səfər edəcək.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində o, latviyalı həmkarı Artis Pabrikslə görüşəcək.

Görüşdə NATO-nun Madrid Sammitinin qərarlarının icrası və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın müzakirəsi gözlənilir.