Misir hakimiyyəti Ukraynadan 240 min ton buğdanın alınması ilə bağlı müqavilədən imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyinin məlumatında qeyd olunub. 

Bildirilir ki, iki təchizatçı şirkət "Inerco" və "Nibulon" müqavilə öhdəliklərindən azad edilib. Müqavilələrə Misirin malların tədarükü üzrə Baş İdarəsinin təşəbbüsü ilə xitam verilib.

Nəşrin məlumatına görə, ötən ilin dekabrında Misir hökuməti taxılın tonunu 346-360 dollara alıb. Ukraynadakı münaqişə ucbatından taxıl çatdırılmayıb.

Ağarza Elçinoğlu