Böyük Britaniyanın Hitrou hava limanında 61 uçuş ləğv edilib.

"Unikal" xəbər verir ki, hava limanı bu gündən aviaşirkətlərə 61 reysi ləğv etmələrini bildirib. Qeyd olunub ki, bu yay gecikmələr daha çox olacaq.

Buna səbəb kimi sərnişinlərin sayının çox olması və onlara qulluq göstərmək üçün kifayət qədər işçinin olmadığı göstərilib.