Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Yair Lapid arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə türkiyə Prezident Administrasiyası tvitterdə məlumat yayıb. 

Qeyd olunub ki, İsrail lideri prezident Ərdoğana zəng edərək Qurban bayramını təbrik edib.

Danışıq zamanı Türkiyə-İsrail əlaqələri və regional məsələlər də müzakirə edilib.

Prezident Ərdoğan Yair Lapidi Baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.