Moskva vilayətinin Voskresensk bölgəsindəki Svetloe gölündə uşaqlı evli cütlüyü ildırım vurub.

"Unikal" xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım maşını göndərilib. 

Ailənin vəziyyəti ilə bağlı hələlik məlumat verilmir.

Qeyd edək ki, iyulun 10-da axşam saatlarında Moskvada tufan və küləyin sürəti 25 m/s-ə çatan güclü külək baş verib. Şəhərdə sarı hava xəbərdarlığı olunub. Son məlumata görə, bir nəfər ölüb (onu ağac əzib), daha 10 nəfər yaralanıb.