Moskva-İrəvan reysi həyata keçirən təyyarə göyərtəsində yaranan mübahisə səbəbindən Samarada məcburi eniş edib. 

"Unikal" xəbər verir ki,bu barədə Rusiya Daxili İşlər nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb. 

Təyyarənin sərnişinlərindən biri sərxoş halda özünü həddindən artıq aqressiv aparıb. O, digər sərnişinlərləmübahisə edərək onları söyüb. Təyyarənin komandiri təyyarəni Samara hava limanına endiurmək qəraraına gəlib. Hadisə yerinə gələn polis əməkdaşları davaya başlayan sərnişini növbətçi məntəqəyə aparıblar. Onun haqqında inzibati xətalarla bağlı protokol tərtib edilib.