İranda Britaniyanın Tehrandakı səfirinin müavini və bir neçə digər diplomat saxlanılıb.

"Unikal" iran mediasına istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusunun Təhlükəsizlik Xidməti məlumat yayıb.

Saxlanılan diplomatlar casusluqda ittiham olunur.

"Bu diplomatlar casusluq edib, SEPAH-ın RAKET sınaq həyata keçirdiyi qadağan olunmuş ərazidə torpaq nümunləri toplayıblar."

Saxlanılanlar arasında Avstriyanın İrandakı mədəni məsələlər üzrə attaşesinin əri və İranda turist kimi səfərdə olan Polşa vətəndaşı, universitet professoru Maçiek Valzak adlı şəxs də var.