Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı katibliyinin nümayəndəsi Aleksandr Kuznetsov Özbəkistandakı vəziyyətə görə KTMT-nin regionda fəsadlarla üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, "İnfoforum - Soçi" İnformasiya Təhlükəsizliyi üzrə IX Cənub Forumunda Kuznetsov qeyd edib ki, bu ölkə təşkilatın məsuliyyət regionlarından birinə daxildir.

Hadisələrin inkişafını proqnozlaşdırarkən Kuznetsov bildirib ki, hər şey son dərəcə qeyri-sabitdir. Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Özbəkistan arasında Qaraqalpaqıstandakı etiraz aksiyaları ilə bağlı danışıqlar aparılıb və Rusiya Federasiyası dəstək verib. KTMT-də bu vəziyyət qanunverici orqanlar sferasında da nəzərə alınacaq. Buna reaksiya da olacaq.

Kuznetsov əlavə edib ki, Özbəkistandakı hadisələrdə xarici dövlətlərin nümayəndələrinin də iştirakını müşahidə etmək olar.

Xatırladaq ki, iyulun 1-də Özbəkistan Konstitusiyasına dəyişikliklərlə bağlı Qaraqalpaqstanda nümayiş keçirilib. Daha sonra ölkənin Baş Prokurorluğu Nukusda iğtişaşlar zamanı 18 nəfərin öldüyü barədə məlumat yayıb. Özbəkistan Milli Qvardiyası son iğtişaşların iştirakçılarının tapılmış siyahıları ilə fotoşəkillər dərc edib. Nazirlikdən verilən məlumata görə, siyahılarda nümayişçilərə psixotrop maddələr və pul verildiyi göstərilir.

Gültəkin Ələsgər