FETÖ NATO-nun terror təşkilatları siyahısına daxil edilib.

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, qeyd edib, ki buna NATO-nun Madrid Zirvəsi zamanı İsveç və Finlandiyanın təşkilata üzv olmasına dair danışıqlarda şərt qoyaraq nail olub.

Ərdoğan əlavə edib ki, siyahıya PKK, PYD-YPG terror təşkilatları da daxil edilib.