Böyük Britaniyanın baş naziri Boris Conson istafasının şərtlərini açıqlayıb. 

"Unikal" xəbər verir ki, Sky News-un yayımladığı İcmalar Palatasında keçirilən iclasında Conson deputat Kris Pinçerlə qalmaqal fonunda bildirib ki, böhran zamanı hökumət istefaya getməməlidir. Onun sözlərinə görə, böhran dövründə, ölkənin iqtisadi problemlərlə üzləşdiyi bir vaxtda hökumət öz işini davam etdirməlidir.

O, mühafizəkar deputat Tim Lawtonun baş nazirin hansı şəraitdə istefa verməli olduğu sualını da cavablandırıb.

“Aydındır ki, hökumətin bizə verilən mandatı davam etdirə bilməyəcəyini (işləyə bilməyəcəyini) hiss etdiyim hallar olsaydı. Yaxud Ukrayna xalqını dəstəkləmək istəyimizin məyus olduğunu hiss etsəydim o, zaman bunu edərdim” - Conson deyib.

O, çətin şəraitdə irəliləməyə davam etməyin baş nazirin vəzifəsi olduğunu vurğulayıb.