Ermənistan tərəfinin təşəbbüsü ilə Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasının praktiki aspektlərinin müzakirəsi davam edib. O cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi, Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nikol Paşinyan Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına yönəlmiş son təmaslar barədə məlumat verib”, - məlumatda deyilir.

***

20:43

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Ermənistan və Rusiya liderləri ikitərəfli gündəliyin bir sıra məsələləri, eləcə də regiondakı prosesləri müzakirə ediblər.

Tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasını müzakirə ediblər.

Paşinyan və Putin Ermənistan-Azərbaycan sərhədində delimitasiya və təhlükəsizlik üzrə komissiyanın fəaliyyəti, eləcə də regionda kommunikasiyaların açılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.