Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek Türkiyənin NATO-dan çıxması ilə pomidor, badımcan və bibərin qiymətlərinin ucuzlşacağını deyib. 

"Unikal" xəbər verir ki, partriya sədri Türkiyə ordusu sözügedən hərbi ittifaqda ikinci ən güclü ordu ünvanına malik olduğunu bildirib. 

Brüssel mərkəzli təşkilatın yalnız xarici siyasət problemi olmadığını ifadə edən Perinçek mətbuat konfransında "Çörəyimiz və peyvəndimiz də problemdir. NATO-dan çıxsaq, pomidor, badımcan və bibərin qiyməti düşəcək"- ifadələrini işlədib. 

O, enerji qiymətlərinin aşağı düşməsi üçün NATO-ya işarə edib.
"Qış mövsümü öncəsi Avropa havasını nümunə göstərən Vətən Partiyasının başqanı iddialarını belə davam etdirib:

"Qış gəlir və bütün Avropa qəzetləri, Qərb iqtisadi ekspertləri deyirlər ki, bu qış Avropada çox soyuq olacaq. Biz NATO-dan çıxsaq, enerji qiymətləri ucuzlaşacaq. Çünki NATO-nun təhdid etdiyi dostlarımızdan -Rusiya, İran, Azərbaycan, Qətərdən, hətta Səudiyyə Ərəbistanından ucuz enerji tapa bilərik. Türkiyənin NATO-dan çıxmaqla ucuz enerji tapması mümkündür. Görəcəksiniz, Səudiyyə Ərəbistanı da NATO və Amerika imperializminə meydan oxumağa başlayacaq və hətta başlayıb"-deyə Doğu Perinçek bildirib. 

Gültəkin Ələsgər