Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə qızı ilə bağlı paylaşım edib. 

"Unikal" xəbər verir ki, sənətçi qızı Gülərin ali məktəbə qəbul olması sevincini izləyiciləri ilə bölüşüb.

Məleykə Əsədov paylaşımında qızının 11 il öncəki və indiki halının canlandığı video yerləşdirib. Aktrisa "Gülərim yüksək balla, ADA universitetinə, arzuladığı fakültəyə daxil oldu” -deyə əlavə edib.

Qeyd edək ki, Xalq artisti qızının diplomatiya sahəsi üzrə təhsil almaq istədiyini vurğulamışdı.