Avstraliyanın Sidney şəhərində güclü yağış və daşqın səbəbindən on minlərlə insan təxliyə edilib.

"Unikal" xəbər verir ki, Avstraliya  Meteorologiya İdarəsinin verdiyi açıqlamada Nepean çayı boyunca daşqın riskinin ola biləcəyi və bölgədə təsirli olan küləyin sürətinin saatda 90 kilometrə çata biləcəyi bildirilib. Səlahiyyətlilər leysan yağış və daşqın riskinə qarşı on minlərlə insanın təxliyəsi əmri verib.

Yeni Cənubi Uels ştatının fövqəladə hallar naziri Stefani Kuk əhalitə müraciət edərək şəhər sakinlərini zərurət olmadıqca səyahət etməməyə çağırıb. Cooke, son 24 saat ərzində 83 xilasetmə əməliyyatının aparıldığını və 3000-dən çox yardım müraciətinə cavab verildiyini qeyd edib.

Qərbi Sidneydəki Warragamba bəndinin dünən gecə saatlarında daşmağa başladığı bildirilib.