Qəbələ şəhər sakini, 1987-ci il təvəllüdlü Səidə Abdullayeva aprelin 23-də kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, itkin düşən şəxsin boyu 155 sm, orta bədən quruluşlu,gözlərinin rəngi şabalıdı, saçları isə sarımtıldır.

Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.