Bu gün Sumqayıt şəhərində qadın intihara cəhd edib.

"Unikal"ın məlumatına görə, Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Məmmədova Gülşən Xanmusa qızı yaşadığı evdə bilək nayihəsini kəsici alətlə doğrayıb.

Yaralı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.