Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Alar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, ümumi çəkisi 2 ton 490 kiloqram olan 24650 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.