Rusiya Ukraynaya qarşı təcavüzünə görə məsuliyyətə cəlb edilmədən bu qlobal təhlükə bitməyəcək.

"Unikal" xəbər verir ki, bu fikri “Ukrayna Pravda” ya müsahibəsində Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serhiy Kislitsia deyib.

"Məhkəmə, kompensasiya mexanizmi son dərəcə vacibdir ki, Ukrayna vətəndaşlarına dəymiş ziyanı hansısa formada ödəsin. Baxmayaraq ki, həlak olanların - həm mülki əhalinin, həm də hərbçilərin həyatı geri qayıtmayacaq, amma söhbət müharibənin vurduğu ciddi ziyandan, maddi ziyandan gedir. Qlobal səviyyədə - və mən tərəfdaşlarımla hər gün bu barədə danışıram və onların çoxu məni dəstəkləyir - əgər bu çevrə, bu məsuliyyətsizlik dövrü qırılmasa, Rusiya Federasiyası Ukraynada hərbi yolla məğlub olsa belə, dünyada  müharibə davam edəcək", - diplomat bildirib.

Kislitsia vurğulayıb ki, əgər Rusiya indi etdiyi hərəkətlərə görə cəzasız qalarsa, yaxın gələcəkdə - 5, 6, 7 ildən sonra dünya yenidən təcavüzün qurbanına çevriləcək. Lakin diplomatın qeyd etdiyi kimi, bu, daha yüksək səviyyəli müharibə olacaq.

“Çünki ya Putin, ya da onun xələfləri Silahlı Qüvvələrdə gülməli deyil, əsl islahat aparacaqlar, degenerasiyaya uğramış generalları azad edəcək, bacarıqlı generallar tapacaq, silahlanacaq və zərbə endirəcək. Və sonra dünya üçqat qiyməti ödəyəcək".

Xatırladaq ki, bir qədər əvvəl Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsya qeyd etmişdi ki, Kreml müharibənin indiki mərhələsində dayandırılmasa, Rusiya daha da irəli gedəcək. Ukraynalı diplomat dünyanı rus faşizminə son qoymağa çağırıb.

Gülayə Mecid