ABŞ Dövlət Departamenti 500-dən çox rusiyalı hərbçi və məmura viza məhdudiyyəti qoyub. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bundan qabaq ABŞ Rusiyanın daha 57 fiziki şəxsinə və 110 şirkətinə qarşı sanksiya tətbiq edib.
Sanksiyalara düşənlər arasında jurnalist Tina Kandelaki, keçmiş müdafiə naziri Anatoli Serdyukov və ailə üzvləri, həmçinin, “Kamaz”, “Tupolyev” və s. şirkətlər də var.