Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçiriləcək sammitində İsveç və Finlandiyanın terrorçularla mübarizədəki ikiüzlülüyünü sənədləşdirmək niyyətini açıqlayıb.

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti NATO sammitində sənədlərin köməyi ilə terrorla mübarizə ilə bağlı həmsöhbətlərinin ikiüzlülüyündən danışacağını billdirib:

“Sabah NATO sammitində iştirak etmək üçün İspaniyaya gedəcəyik və ölkəmizin hüquq və maraqlarına uyğun olaraq lazım olan hər şeyi edəcəyik. NATO sammitində sənədlərin köməyi ilə terrorla mübarizə ilə bağlı həmsöhbətlərimizin ikiüzlülüyündən danışacağıq. Biz həmsöhbətlərimizə terror təşkilatlarına qarşı nümayiş etdirilən ikiüzlülük barədə məlumatları sənədlər, məlumat və görüntülərlə çatdıracağıq”, - deyə o, Nazirlər Kabinetinin iclasından sonra Ankarada çıxışı zamanı qeyd edib.