Rusiya prezidenti Vladimir Putin İndoneziyanın Böyük İyirmilik (G20) sammitində iştirak etmək dəvətini qəbul edib. 

"Unikal" xəbər verir ki, Rusiya liderinin iştirakını onun köməkçisi Yuri Uşakov təsdiqləyib.

"Bəli, biz təsdiq etdik ki, bizim iştirakımız nəzərdə tutulur", - Kremlin sözçüsü bildirib. Eyni zamanda o, Putinin tədbirdə şəxsən və ya onlayn iştirak edəcəyini deməyib.

Ağarza Elçinoğlu