İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sabah Türkiyəyə səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-İran ikitərəfli münasibətlərinin gündəliyində duran məsələlər, cari regional və beynəlxalq hadisələr müzakirə olunacaq.