Avropa İttifaqı Ukraynaya 9 milyard avroluq yeni maliyyə yardımı paketi verməyə razılaşıb.

"Unikal" xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski “Twitter” səhifəsində yazıb.

Vəsait sosial sahənin maliyyələşdirilməsinə yönəldiləcək.

“Ukrayna müharibə vəziyyətindədir və bir çox dövlət xidmətlərinə görə ödəyəcək heç nə yoxdur, ona görə də biz 9 milyard avro yardımın ayrılmasını təsdiqləmişik”, - bəyanatda deyilir. 

Gültəkin Ələsgər