Vladimir Putin Ukrayna ilə sülh danışıqlarını ciddi qəbul etmir. 

"Unikal" "The Guardian"a istinadən məlumat verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Birlik Sammitində deyib. 

"Putin ikiqat iş görmək və Ukraynanın böyük şəhərlərində "yeni Qroznı" yaratmaq istəyir", - o, bildirib. 

Consonun sözlərinə görə, bu, faciəvi səhvdir: "Rusiya qoşunları Ukrayna şəhərlərini "Çeçenistanda olduğu kimi" yerlə-yeksan etmək niyyətindədir. Buna görə də Rusiya tərəfi sülh danışıqlarını ciddi qəbul etmir". 

Ağarza Elçinoğlu