Rusiya Ukraynaya genişmiqyaslı müdaxilə zamanı ələ keçirilən Ukrayna torpaqlarını qaytarmaq fikrində deyil.

"Unikal" xəbər verir ki, bunu Belarus dövlət televiziyasına müsahibəsində Rusiya xarici işlər naziri Segey Lavrov deyib.

Ukrayna ilə danışıqların bərpasının mümkünlüyünü şərh edən Lavrov, "Yəni Ukraynanın cənub və şərqində Rusiya tərəfindən işğal olunmuş ərazilərdəki vəziyyətə baxmaq lazım gələcək. Və orada, irqçi Xarici İşlər Nazirliyinin rəhbərinin inandırdığı kimi, “əhalinin əksəriyyəti neonasist hökumətinin (yaxud neonasizmi hər cür rəğbətləndirən hökumətin) nəzarətinə qayıtmağı ağlına belə gətirməməlidir”.

Sergey Lavrov həmçinin bildirib ki, Rusiya-Ukrayna danışıqlarının bərpasına “anqlosakslar” (ABŞ və Böyük Britaniya – red.) mane olur, lakin avropalılar guya “israrla” Ukraynadan danışıqlar prosesinə qayıtmağı xahiş edirlər. 

Gülayə  Mecid