Qusarda 20 yaşlı oğlan göldə batıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlunun batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.