İyunun 23-ü axşam saatlarında Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə yolun Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Kia" markalı maşınların toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.