Avqustun 1-dən etibarən Odessa vilayətində rus dili və ədəbiyyatı tədris edilməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Strana ” nəşri məlumat yayıb.

Məlumata görə, artıq dərsliklər yığılıb, bütün rus yazıçıları təhsil proqramından çıxarılıb. Onları başqa ştatlardan olan müəlliflər əvəz edəcək.

Odessa Vilayət Hərbi İdarəsinin Təhsil və Elm Departamentinin direktoru Aleksandr Lonçak: "Bizə rus dili və ədəbiyyatını seçmə fənn kimi buraxmağı təklif etdilər, lakin biz bundan imtina etdik. Kafedra bütün şəhər təhsil müəssisələrində onun tam qadağan olunmasının tərəfdarıdır"-nəşrin məlumatında deyilir. 

Bu qərar təhsil müəssisələri tərəfindən 2022-2023-cü illər üçün kurrikulumun hazırlanması zamanı verilib.

Xatırladaq ki, bundan əvvəl Nikolaevdəki məktəblərdə sentyabrın 1-dən rus dilinin istifadəsinə qadağa qoyulmuşdu.