Muğladakı meşə yanğını söndürülüb.

"Unikal" xəbər verir ki, bu barədə rəısmi Anadolu Agentliyi məlumat yayıb.

Bildirilib ki, yanğınla mübarizəyə çox sayda texnika cəlb olunub. Hazırda ərazidə təhqiqat aparılır.

***

00:57

Türkiyənin Marmaris şəhərində geniş miqyasda meşə yanğını başlayıb.

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, meşəlik ərazidə baş verən yanğına havadan və qurudan müdaxilə edilir.

Muğla Meşə Region Müdirliyinin vertolyot, inşaat texnikası və çox sayda meşə işçisi yanğının söndürülməsinə cəlb edilib.

Güclü külək səbəbindən yanğın genişlənməkdə davam edir.