Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə M.Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.

"Azərbaycanın Müstəqillik Günü mübarək! Azərbaycanlı qardaşlarımızı ürəkdən salamlayır, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edirəm", - deyə nazir bildirib.