Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Biz Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik, sabitlik və əmin-amanlığın əldə olunmasına yönələn bütün səyləri, o cümlədən aprelin əvvəlində Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş uğurlu görüşü dəstəkləyirik.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə xoşbəxt və dinc gələcək arzulayıram".