"Rusiyanı təcrid etmək və Prezident Vladimir Putinin qlobal nizamı pozmaq cəhdlərinin qarşısını almaq üçün daha geniş beynəlxalq səylərə çağırıram".

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolz İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

O, həmçinin "Bu, bizi müharibənin ümumi siyasi alət olduğu, qitəmizin və dünyanın sabit sülh nizamının olmadığı bir dövrə qaytarmaq cəhdidir", - deyə vurğulayıb.

Şolz Rusiyanın işğalının təkcə Ukraynanın ərazi bütövlüyünü yox, həm də beynəlxalq qaydalara əsaslanan əməkdaşlıq nizamını təhdid etdiyini və pozduğunu da söyləyib.

"Məqsədimiz çox aydındır - Putin müharibədə qalib gəlməməlidir. Mən əminəm - o, qalib gəlməyəcək", - deyə kansler bildirib.

Aynurə Xudaverdiyeva