Ötən gün Bakının Qaradağ rayonunda 61 yaşlı Xuraman Həsənovanın evində yanaraq ölməsində dair bəzi təfərrüatlar üzə çıxıb.

"Unikal" xəbər verir ki, 61 yaşlı X.Həsənova ibtidai sinif müəllimi olub.

Onun həyat yoldaşı Abbas Novruzov bildirib ki, ayrı yaşadığı Xuraman Həsənova ilə bir neçə gün əvvəl Türkiyəyə qızının toyuna gediblər. Ötən gün Bakıya qayıdandan sonra qadın öz, kişi də öz yaşadığı evə gedib.