"Pandemiyadan sonra iqtisadiyyat nəinki bərpa olunub, gözləniləndən də çox artıb. Bununla yanaşı proqnozlara nisbətən inflyasiya daha yüksək olub".

"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, beynəlxalq təşkilatların proqnozlarında dünyada inflyasiyanın 2021-ci ildə ən yüksək həddə çatacağı bildirilirdi.

“Yüksək, misli görünməmiş inflyasiya təzyiqləri yaranıb. Bizim proqnozlara nisbətən inflyasiya daha yüksək olub. 2022-ci ildə inflyasiyanın pandemiyadan əvvəlki həddə qayıdacağı proqnozlaşdırılsa da, bu, baş vermədi. Dünyanın müxtəlif yerlərində iqlim dəyişiklikləri, Rusiya-Ukrayna müharibəsi, ərzaq məhsullarının qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxarıb. Azərbaycanda baş verən yüksək inflyasiya da əsasən, idxal inflyasiyası ilə izah oluna bilər".