Şimali Koreya hakimiyyəti yeddinci nüvə sınağına hazırlıq çərçivəsində nüvə silahı üçün partlayıcı qurğunu sınaqdan keçirib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters"in dərc etdiyi məlumatda qeyd olunub. 

Cənubi Koreyanın məlumatlarına görə, Pxenyanın dəqiq nə vaxt nüvə sınaqları keçirəcəyi hələlik məlum deyil.

Bundan əlavə, Şimali Koreya bir ay ərzində dördüncü dəfə Yapon dənizinə naməlum ballistik raket atıb. Buraxılış ABŞ prezidenti Co Baydenin dövlət başçısı kimi ilk Asiya turunun başa çatmasından bir gün sonra baş tutub. Cənubi Koreya buna cavab olaraq iki raket buraxıb.

Ağarza Elçinoğlu