Meksikanın paytaxtı Mexikoda hotelə silahlı hücum olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, hadisə nəticəsində 11 nəfər ölüb, 4 nəfər yaralanıb. Bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.

Səlahiyyətlilər, hücum edənlərin daha sonra hoteli yandırdıqlarını açıqlayıblar. 

Hücumun mütəşəkkil cinayətkar təşkilatların qarşıdurması nəticəsində baş verdiyi bildirilir. Araşdırmalar aparılır.