Göyçay rayonu, N.İsmayılov adına Bığır kənd 3 nömrəli tam orta məktəbin direktoru Şəfaqət İsmayılova dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Bildirilib ki, Şəfaqət İsmayılova uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. O, ötən gün 61 yaşında dünyasını dəyişib.