Ermənistan müxalifətinin “Müqavimət” hərəkatının fəalları səhər saatlarından etibarən İrəvan metrosunda etiraz aksiyaları keçirirlər.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, “Gəncliyin səsi” tələbə hərəkatının nümayəndələri ilk olaraq metronun “Yeritasardakan” stansiyasında aksiya keçirib.

Müxalif gənclər qatarların hərəkətini iflic eləmək üçün vaqonların qapıları arasında oturublar.