"Rusiyanın Ukraynaya müdaxiləsi Aİ-nin hərbi cəhətdən zəifliyini göstərdi. Aİ ölkələri təcili olaraq müdafiə xərclərini artırmalıdır".

"Unikal" xəbər verir ki, bunu bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrell deyib.

Onun sözlərinə görə, son onilliklərdə Aİ-də müdafiə xərcləri cəmi 20%, ABŞ-da 66%, Rusiyada 292%, Çində 592% artıb. Diplomat bildirib ki, Avropa öz təhlükəsizliyini təmin etmək üçün öz silahlı qüvvələrinə maliyyəni artırmalıdır: "Bizə daha yüksək səviyyəyə çatacaq müasir və uyğun Avropa silahlı qüvvələri lazımdır".

Ağarza Elçinoğlu