Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Lakin danışıqları dondurmaq təklifi hər dəfə Kiyevdən gəlib.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Medinskinin sözlərinə görə, Rusiya heç zaman danışıqlardan, o cümlədən yüksək səviyyədə görüşlərdən imtina etməyib. Lakin prezidentlər səviyyəsində görüşün təşkili ciddi hazırlıq tələb edir.

"Dövlət başçıları yekun sənədi imzalamaq üçün görüşməlidirlər, şəkil çəkdirmək üçün yox" – deyə Medinski vurğulayıb.